Qəbələ rayon icra hakimiyyətinin Başçısı Səbuhi Abdullayev rayonun hüquq mühafizə orqanları, idarə-təşkilat rəhbərlərinin iştirakı ilə onlayn video-müşavirə keçirmişdir.
Müşavirədə Qəbələ RİH-nin Başçısı Səbuhi Abdullayev dünyada COVİD-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin ölkədə apardığı önləyici tədbirlərin uğurla həyata keçirildiyini bildirdi. Ölkə başçısının sərəncam və tapşırıqlarının icrası, hər bir vətəndaşın bu sahədə məsuliyyətli olması bir daha vurğulandı. Həmçinin, rayonun bütün idarə-təşkilat rəhbərlərinə pandemiyanın yayılmasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlar verildi. Rayon ərazisində, xüsusilə yaşayış yerlərində və insanların sıx olduğu ərazilərdə sanitar-dezinfeksiya və təmizlik işlərinin daha da gücləndirilməsi, insanlar arasında koronavirusla əlaqədar maarifləndirici təbliğat işlərinin davamlı olaraq aparılması və hüquq-mühafizə orqanlarının bu işdə xüsusi rolunun olduğu bildirildi. Koronavirusla mübarizə məqsədilə icra hakimiyyəti, polis əməkdaşlarından və könüllülərdən ibarət xüsusi qrupların davamlı, birgə fəaliyyəti və bu sahəda bütün idarə, təşkilat və müəssisələrin gücündən istifadə edilməsinin vacibliyi qeyd olundu. Prezident İlham Əliyevin ölkədə korrupsiya və rüşvətxorluğa qarşı apardığı genişmiqyaslı mübarızə işində rayonun hüquq-mühafizə orqanlarının da üzərinə böyük məsuliyyət düşdüyü qeyd edildi və hər bir idarə-təşkilat rəhbərinə rəhbərlik etdiyi sahədə korrupsiya və rüşvətxorluq hallarına yol verilməməsi üçün müvafiq tədbilərin görülməsi və bu kimi hallarla qətiyyətlə mübarizə aparmaları üçün müvafiq tapşırıqlar verildi.