Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon icra hakimiyyətinin Başçısı Səbuhi Abdullayev rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri ilə onlayn video-müşavirə keçirmişdir.

03 iyul 2020 | 02:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində respublika vətəndaşı, onun hüquq və azadlıqlarının dolğun təmini, ölkə əhalisinin rifah səviyyəsinin yüksəldilməsi durur. Bu gün güclü və müasir dövlətçiliyin, səmərəli və peşəkar idarəetmə sisteminin, peşəkar və şəffaf dövlət qulluğunun formalaşdırılması üçün kompleks və sistemli islahatlar aparılır. 01 iyul 2020-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı Səbuhi Abdullayevin inzibati ərazi dairələrinin nümayəndələri ilə keçirdiyi onlayn video-müşavirə ölkə Prezidentinin qarşıya qoyduğu bu siyasətin yerlərdə icra vəziyyəti ilə bağlı idi. Müşavirədə koronavirusla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə əhalisi qarşısında qoyduğu qaydaların qəsəbə və kəndlərdə icrası vəziyyəti barədə inzibati ərazi nümayəndələri məlumat verdi. Koronavirusla mübarizə, virusdan qorunmaq üçün qoruyucu vasitələrdən istifadə, yerlərdə sanitar-dezinfeksiya işlərinin davamlı aparılması, vətəndaşların qəbulu, vətəndaş məmnunluğu ilə əlaqədar ərazi nümayəndələrinə aidiyyəti tapşırıqlar verildi. Əhalinin sosial məsələlərlə bağlı problemləri, taxil biçininin tez və itgisiz başa çatdırılması, yanğın təhlükəsizliyi, suvarma məsələlərinin daima diqqətdə saxlanılması, kommunal xidmətlərin vəziyəti rayon rəhbəri tərəfindən bir daha araşdırıldı. Sonda inzibati ərazi dairələri üzrə nümayəndələrə müvafiq tapşırıqlar verildi.

Keçidlər