Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Türkiyə prezidenti Abdullah Gül Qəbələdə

15 avqust 2013 | 09:45

Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlib. A.Gülü Qəbələ hava limanında Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qəbələ İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun qarşılayıblar. Türkiyə prezidenti A. Gülün Azərbaycana səfərin məqsədi avqustun 16-da Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Qəbələdə keçiriləcək zirvə toplantısında iştirakdır. Abdullah. Gülü xarici işlər naziri Əhməd Davudoğlu və nəqliyyat və rabitə naziri Binəli Yıldırımla yanaşı, digər rəsmi şəxslər müşayiət edirlər. Xatırladaq  ki, TÖƏŞ 2009-cu ildə yaradılıb. Şuraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

Keçidlər