Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri rayon ərazisində reyd keçirmişlər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və tapşırıqlarına uyğun olaraq son günlər ölkədə COVİD-19 infeksiyasına yoluxma halları sayı kəskin artdığından 02.07.2020-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon polis şöbəsinin rəisi Nadir Məmmədov, Qəbələ şəhər inzibati ərazi nümayəndəsi Dəmir Bağırov, şəhər inzibati ərazi nümayəndəsinin müavini Eyvaz Kazımov və rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən şəhər ərazisində reyd keçirilmişdir. Reyd zamanı şəhərdə fəaliyyət göstərən taksi sürücüləri sərnişindaşıma zamanı sosial məsafənin qorunmasına əməl etməklə özləri və sərnişinləri tərəfindən tibbi masqadan istifadə etmələri barədə məlumatlandırılmış, eləcə də rayonda fəaliyyət göstərən ticarət obyektlərindən İrşad Telekom, Bazar Store və.s dükanların satıcıları və obyektə daxil olan vətəndaşlar qapalı məkanlarda mütləq tibbi masqadan istifadə etmələri barədə xəbərdarlıq edilmişlər. Şəhər ərazisində fəaliyyət göstərən “Veramoda” geyim dükanının sahibi Əhmədov İlham Vaqif oğlu, “Qarant” tikinti materialları dükanın sahibi Mustafayev Nizami Nazim oğlu və “Akula” geyim dükanının sahibi Abdullayev Mahir Natiq oğlu hər biri müvafiq qaydalara əməl olunmasını kobud şəkildə pozduğu üçün barələrində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hüquq mühafizə orqanları tərəfindən 200 (iki yüz) manat cərimə edilmişlər. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.