Xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir.
04 iyul 2020 | 06:00
03 iyul 2020-ci il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində reydlər aparmışlar. Aparılmış reydlər zamanı 9 ticarət obyektinə və 35 digər obyektə baxış keçirilərək 8 ticarət obyektinə, 16 digər obyektə və 34 vətəndaşa qoruyucu vasitələrdən istifadə etmədiyinə görə xəbərdarlıq edilmiş, 1 nəfər ticarət obyektinin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Bu istiqamətdə reydlər davam etdirilir.