Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
04 iyul 2020-ci il tarixində ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayon icra hakimiyyətinin müavinləri və polis şöbəsinin vəzifəli şəxsləri, rayonda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar ilə birgə ictimai iaşə, ticarət və digər obyektlərində növbəti dəfə reyd keçirilmişdir. Aparılmış reydlər zamanı 25 ticarət obyektinə və 91 digər obyektə baxış keçirilərək 16 ticarət obyektinə, 31 digər obyektə və 42 vətəndaşa qoruyucu (tibbi maskalardan) vasitələrdən istifadə etmədiyinə görə xəbərdarlıq edilmiş, 3 ticarət və 5 avtomobil təmiri obyektinin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Operativ Qərargahın tələblərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsi üçün reydlər və maarifləndirmə tədbiləri davam etdirilir.