Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda xüsusi karantin rejiminə əməl edilməsi ilə bağlı reydlər davam etdirilir.

05 iyul 2020 | 16:00

05 iyul 2020-ci il tarixində Qəbələdə fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi diqqətə çatdırılıb. O cümlədən 29 ticarət obyektinə və 53 digər obyektə baxış keçirilmiş, 34 vətəndaşa qoruyucu (tibbi maskalardan)  vasitələrdən istifadə etmədiklərinə görə xəbərdarlıq edilmiş, 2 nəfər ticarət obyektinin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ayrı-ayrılıqda 200 manat və 1 nəfər bərbərxana köşkünün sahibi isə 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın tələblərinə əməl olunması vəziyyətini nəzarətdə saxlamaq üçün tədbirlər davam etdirilir.

 

 

Keçidlər