Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər davam etdirilir.

08 iyul 2020 | 12:00

07 iyul 2020-ci il tarixində Qəbələdə karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər davam etdirilir. Rayonda fəaliyyət göstərən mobil qruplar xüsusi karantin rejimi ilə bağlı ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbir görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, bununla yanaşı 61 ticarət obyektinə və 69 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 1 nəfər ticarət obyektinin, 2 nəfər isə ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ayrı-ayrılıqda 100 manat məbləğində cərimə olunmuşdur. Bu istiqamətdə nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.

Keçidlər