Rayon ərazisində karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı reydlər davam etdirilir
08 iyul 2020-ci il tarixində Qəbələ rayonu ərazisində karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı reydlər davam etdirilmişdir. Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışdır. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi diqqətə bir daha çatdırılmış, eyni zamanda 66 ticarət obyektinə və 69 digər obyektə baxış keçirilmişdir. 1 nəfər ticarət obyektində çalışan satıcı, bir nəfər rayon sakini hər biri 100 manat məbləğində və 1 nəfər Yevlax şəhər sakini mövcud karantin qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdirilir.