Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”.

10 iyul 2020 | 04:00

Bu gün bəşəriyyət ən bəlalı xəstəlikdən birini COVİD-19 pandemiyasını yaşayır. Yer kürəsinin əhalisi bu virusa yoluxmamaq üçün əlindən gələni edir. Lakin bir həqiqət var ki, ona tək şəkildə qalib gəlmək mümkün deyil. Bu baxımdan bütün dövlətlər öz gücünü birləşdirməli və birgə mübarizə aparmalıdır. Dövlətlər içərisində xalqın da birləşməsi, birgə mübarizə aparması pandemiyaya qalib gəlməyin əsas şərtlərindəndir. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar  atılır. Pandemiyanın qeydə alındığı ilk gündən ölkə daxilində Prezidentimizin irəli sürdüyü “Biz birlikdə güclüyük” çağırışına bütün xalqımız qoşuldu. Bu yönümdə ölkə başçısı tərəfindən görülmüş işlərin miqyası böyüdü. 6 iyul 2020-ci il tarixdə Azərbaycan Televiziyası, İctimai Televiziya və “Xəzər” Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev pandemiya dövründə respublikamızda görülmüş işlərdən geniş söz açmışdır. Pandemiyanın başlandığı gündən etibarən  Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə inşa edilmişdir. Əksəriyyəti bölgələrdə yerləşdirilən xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.Əgər ölkə rəhbərinin göstərişi ilə ölkəmizin hər bir yerində müasir xəstəxanalar tikilməsəydi bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Bu baxımdan modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət kəsb edir. İlin əvvəlindən ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan beş modul tipli xəstəxana artıq fəaliyyətdədir. Bunlardan ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyət göstərir və beşinin də tikintisi davam etdirilir.  Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Modul tipli xəstəxanalarda palatalar, laboratoriya, diaqnostika mərkəzi təsis edilmiş, həkimlər üçün bütün lazımi şərait yaradılmışdır. Xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycanla müqayisə olunacaq səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil. Prezidentin çıxışında qeyd etdiyi kimi, “Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”. Dövlət tərəfindən həyata keçirilən tədbirlər regionlarda da ardıcıl davam etdirilir. Qəbələ Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah tərəfindən təşkil edilmiş mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müntəzəm olaraq təbliğat işləri aparırlar. Biz inanırıq ki, birlikdə mübarizə apararaq pandemiyaya qalib gələcəyik.

Keçidlər