Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayon ərazisində reydlər davam etdirilir.
09 iyul 2020-ci il tarixində rayon ərazisində koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə reydlər davam etdirilmişdir. Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Aparılmış reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılmış, gün ərzində ümumilikdə 64 ticarət obyektinə və 73 digər obyektə baxış keçirilmişdir. 1 nəfər Qəbələ şəhər sakini, 1 nəfər Vəndam qəsəbə sakini hər biri 100 manat və 1 nəfər Nohurqışlaq kənd sakini isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.