Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində vətəndaşların onlayn qəbulu keçirilmişdir.

11 iyul 2020 | 06:00

Dövlətimiz öz vətəndaşını daima qoruyur, onların rifah halının yaxşılaşdırılması dövlətçiliyimizdə həmişə ön plana çəkilir. Rayonumuzda da rayon sakinlərinin qarşılaşdığı problemlər və onların həlli həmişə diqqət mərkəzindədir. Bununla əlaqədar rayon sakinləri ilə mütəmadi görüşlər keçirilir, vətəndaşlar qəbul edilir, dinlənilir, onları narahat edən məsələlər lazımi şəkildə həll edilir. Bu məqsədlə iyulun 10-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunmuşdur. Həmçinin vətəndaşların qarşılaşdıqları digər problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər