2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ziyarət təşkil edilmişdir
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunması və təbliği işinə yönəltmək məqsədilə “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”ndə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələrinin və məktəblilərin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ziyarəti təşkil edilmişdir. Sonra Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov iştirakçıları salamlayaraq, Qoruğun tarixi və görülən işlər haqqında məlumat vermişdir. Çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla davam etdirilməsindən və qlobal layihələrin həyata keçirilməsindən danışmışdır. Tədbir Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor qrupların, musiqi və rəqs kollektivlərinin çıxışları ilə davam etmiş, sonda “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar orta məktəb şagirdlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir.