Qəbələdə mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə bağlı aparılan reydlər davam etdirilir.
10 iyul 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən reydlər davam etdirilmişdir. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə aparmış və karantin qaydalarına əməl etməyənlərə qarşı Operativ Qərargah tərəfindən müəyyən edilən tədbirlərə uyğun işlər görülmüşdür. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmış, gün ərzində 59 ticarət obyektinə və 72 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 1 nəfər Nic qəsəbə sakini, 1 nəfər isə Nohurqışlaq kənd sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarət məqsədilə rayon ərazisində reydlər davam etdirilir.