2025-ci ilin yanvar ayı ərzində Qəbələdə sənaye məhsulu istehsalında artım müşahidə olunmuşdur
19 fevral 2025 | 16:08
Cari ilin yanvar ayında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 15 milyon 343,1 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 72,4 min manat və ya 7,8 faiz çoxdur. İstehsal edilən məhsulun 12,7 faizi dövlət, 87,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İlin ilk ayı ərzində rayonda 3 milyon 218,3 min manatlıq sənaye məhsulu xaricə ixrac olunub. Rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.