Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları və Gənc Könüllülər tərəfindən əhalinin pandemiya ilə bağlı maarifləndirilməsi tədbirləri davam etdirilir.

12 iyul 2020 | 06:00

Rayon İcra Hakimiyyətinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri COVID-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə tədbirlərini uğurla davam etdirirlər. Koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün müəssisə, təşkilat və sakinlər arasında maarifləndirici söhbətlər aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri vətəndaşların bir daha diqqətinə çatdırırlır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına diqqət yetirmək, qapalı yerlərdə qoruyucu maskalardan istifadə etmək və sosial məsafə saxlamaq kimi zəruri məsələlər izah edilir, tələblərin pozulması hallarına yol verənlər haqqında inzibati cəza tədbirlərinin görüləcəyi bildirilir. Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə üzərində COVID-19 virusuna yoluxma riskini azaldacaq məlumatlar əks olunmuş bukletlər paylanılır, yaşayış binalarının, ticarət obyektlərinin və vətəndaşların daha çox olduğu məkanların giriş və çıxışlarına bildiriş vərəqələri yerləşdirlir.

Keçidlər