Xüsusi karantin rejimi ilə bağlı tələblərə əməl olunması vəziyyətini öyrənmək məqsədi ilə reydlər davam etdirilir.
11 iyul 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin tələblərinə riayət olunması ilə əlaqədar rayon ərazisində reydlər davam etdirilmişdir. Rayonda Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi hər tərəfli izah edilmişdir. Bununla yanaşı 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Rayon ərazisində reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdirilir.