Qəbələdə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir.
14 iyul 2020-ci il tarixində rayonda koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərinə qeyd-şərtsiz əməl olunması üçün mobil qruplar tərəfindən sakinlər arasında maarifləndirmə işləri davam etdirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən bir neçə ticarət və ictimai-iaşə obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparılmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilmişdir. Bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitar-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində 49 ticarət obyektinə və 61 digər obyektə baxış keçirilmişdir. Mobil qruplar tərəfindən rayon ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdirilir.