Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənə layiqli cavab verilib.

17 iyul 2020 | 07:00

Öz mənfur niyyəti ilə həmişə demokratik ruhlu insanların nifrətini qazanan Ermənistan bu dəfə də əsl simasını nümayiş etdirdi. 12 İyul 2020-ci il tarixində Ermənistanın işğalçı silahlı qüvvələri artilleriya atəşindən istifadə edərək Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərmişlər. Lakin şanlı Azərbaycan   ordusunun həyata keçirdiyi əks- tədbirlər nəticəsində Ermənistanın Tavuş rayonundan törədilən təxribata layiqli cavab verilmişdir. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi,ölkəmizin  diplomatik uğurları siyasətdən uzaq, ancaq məkrli oyunlarla məşğul olan düşməni ciddi narahat edir.Bütün  dünyanı bürüyən pandemiya dövründə Azərbaycanımızın, siyasi uzaqgörənliyi ilə seçilən Prezidentimizin qətiyyətli addımları mənfur düşməni narahat etməyə bilməzdi. Bu gün cənab İlham  Əliyev beynəlxalq rəqəmsal diplomatiyanın təşəbbüskarı kimi, dünyanın siyasi arenasında diplomatik bacarıqları  ilə seçilən güclü dövlət rəhbəri kimi diqqət mərkəzindədir.Azərbaycanın təşəbbüsü ilə BMT Baş  Assambleyasının xüsusi  iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini ciddi narahat etdi. Azərbaycanın beynəlxalq  mövqeyi onsuz da səriştəsiz idarəçiliyilə xalqın etimadını itirən Paşinyan hakimiyyətini qeyri leqal yollara əl atmağa məcbur etdi. O,  müxalifəti tərk-silah etmək üçün xarici düşmən mövzusunu qabartdı. Lakin siyasətdən xəbəri olmayan bu hakimiyyət güclü Azərbaycan ordusunun qarşısında olmayan nüfuzunu tamamilə itirəcəyini fikirləşmədi ( buna düşüncəsi də çatmır). O unutdu ki, Azərbaycanın qəhrəman övladları öz qanı bahasına torpağının hər qarışını qoruyur.Tarixə Aprel döyüşlərini yazan  igid əsgərlərimiz bir daha öz vətənpərvərliklərini nümayiş etdirdilər. Qəhrəmancasına döyüşən ordumuz şəhidlər verdi. Paşinyan hökuməti Azərbaycanla sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir. Lakin bütün bunlara baxmayaraq xalqımız torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər.Cənab prezidentin Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxış hər birimizə yüksək vətənpərvərlik ruhu verdi. “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər".Bu  gün hər bir azərbaycanlı torpaqlarımızın   tezliklə  azad   olunacağına  inanır.Şəhidlərimizin  qanı  yerdə  qalmayacaq. Növbəti   döyüş  paşiniyanların  sonu  olacaq.  Ali   Baş  komandan İlham Əliyevin  rəhbərliyi  ilə     ordumuz   daha   böyük  qəhrəmanlıqlar  nümayiş  etdirəcək, şəhidlərimizin   qanı  yerdə  qalmayacaq,torpaqlarımız   azad  olunacaq.

Keçidlər