Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

17 iyul 2020 | 13:00

16 iyul 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilmişdir. Yaradılmış mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparmış və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 55 ticarət obyektinə və 60 digər obyektə baxış keçirilmişdir. 3 nəfər ticarət obyektinin və 1 nəfər avtomobil təmiri obyektinin işçisi hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ayrı-ayrılıqda 100 manat məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri davam etdirilir.

 

 

Keçidlər