Rayon ərasində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
17 iyul 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər davam etdirilmişdir. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə uyğun olaraq bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitar-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində ümumilikdə 51 ticarət obyektinə və 60 digər obyektə baxış keçirilmişdir. 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.