Xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində reydlər davam etdirilir.
18 iyul 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunması üçün reydlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və lazımi tədbirlər görmək üçün reydlər aparılmışdır. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 55 ticarət obyektinə və 60 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər Nohurqışlaq kənd sakini, 2 nəfər ictimai iaşə obyektinin, 1 nəfər isə avtomobil yuma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər davam etdirilir.