Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı reydlər davam etdirilir.

20 iyul 2020 | 13:00

19 iyul 2020-ci il tarixində mobil qruplar tərəfindən karantin rejiminin tələblərinə riayət edilməsinin təmin olunması məqsədilə reydlər davam etdirilmişdir. Xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilmişdir. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 51 ticarət obyektinə və 57 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri davam etdirilir.

 

 

Keçidlər