Xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi məqsədi ilə reydlər davam etdirilir
20 iyul 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı ticarət obyektlərinin, həmçinin digər xidmət təşkilatlarının işçiləri və vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət edilməsi tövsiyə olunmuşdur. Gün ərzində ümumilikdə 55 ticarət obyektinə və 57 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 2 nəfər ictimai iaşə obyektinin işçiləri, 1 nəfər isə avtomobil yuma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri davam etdirilir.