Rayon ərazisində karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir.
21 iyul 2020-ci il tarixində Qəbələdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı maairfləndirmə tədbirləri və reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş, tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 56 ticarət obyektinə və 60 digər obyektə baxış keçirilmişdir. 4 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 1 nəfər ictimai iaşə obyektinin, 1 nəfər bərbərxana köşkünün, 1 nəfər isə yanacaq doldurma məntəqəsinin işçiləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.