Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

23 iyul 2020 | 12:00

22 iyul 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilmişdir. Onlar ticarət, ictimai-iaşə və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmışlar. Reydlər zamanı  xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması  bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 50 ticarət obyektinə və 58 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 3 nəfər ictimai iaşə obyektinin, 1 nəfər yanacaq doldurma məntəqəsinin, 1 nəfər isə avtomobil təmiri müəssisəsinin işçiləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq rayon ərazisində reydlər mütəmadi davam etdirilir.

Keçidlər