Azərbaycanda dövlət xalqın, xalq isə dövlətin arxasında möhkəm dayanıb. Güc birlikdədir !
Azərbaycan Ordusu Ermənistanın Tovuz istiqamətində hücumunu nəinki dəf etdi, həm də düşmən ordusunu istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan ciddi itkilərə məruz qoydu. Amma namərd və xain düşmənin Tovuzun mülki obyektlərinə, vətəndaşların evlərinə ağır artilleriyadan və minaatanlar¬dan atəş açması nəticəsində mülki vətəndaşlara xeyli ziyan dəydi. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə aradan qaldırılması yönümündə işlərə başlanıb. Bu gün Tovuzda, xüsusən də döyüşlər olmuş ərazidə əhali öz gündəlik işlərini davam etdirir, əhali arasında heç bir panika, gərginlik yoxdur və insanlar Azərbaycan Ordusuna güvənir. Artıq ərazidə sakitlikdir. Azərbaycan Ordusu tam şəkildə əraziyə nəzarət edir, Ağdam, Dondar Quşçu və digər sərhəd kəndlərdə dinc quruculuq işləri davam etdirilir. Heç bir kənd sakini yaşayış yerini tərk etməyib. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldı¬rılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq.Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılma¬sı üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq. Dəfələrlə təsdiq olunduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıla¬rı öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə ev verilib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev fon-dunun nəzarətinə götürülüb. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşların təhlükəsiz yaşamasının qarantı¬dır. Tovuza, tovuzlulara dəyən ziyan da digər rayonlarda olduğu kimi tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Cəbhəyanı rayon¬larda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradı¬lır. Şəhid ailələri dövlət hesabına evlə təmin edilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib. Hər ailəyə 11 min manat ol¬maqla şəhid ailələrinə birdəfəlik yardım göstərilib. 2016-cı ilin Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər buna əyani misaldır. Artıq Cocuq Mərcanlıda tikilən fərdi evlərlə yanaşı yem emalı müəssisəsi, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar əhalinin rahatlığı naminə yaradılmış şəraitdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılmışdır. Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 evdə əsaslı təmir işləri həyata keçirilib. Düşmən nə qədər acımasız olsa da Azərbaycan xalqını məğlub edə bilməyəcək. Çünki Azərbaycanda dövlət-xalq birliyi hökm sürür. Azərbaycanda dövlət xalqın, xalq isə dövlətin arxasında möhkəm dayanıb. Güc birlikdədir !