Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminə nəzarət işləri davam etdirilir.

25 iyul 2020 | 11:00

24 iyul 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 48 ticarət və 54 digər obyektə baxış keçirilmişdir. 1 nəfər ictimai iaşə obyektinin işçisi 100 manat, rayonun Heydər Əliyev prospektində yerləşən, qanunsuz fəaliyyət göstərən təlim-tərbiyə mərkəzinin rəhbəri 3000 manat, mərkəzin 6 işçisi hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşlar. Təlim-tərbiyyə mərkəzinin fəaliyyəti dayandırılmış, 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Vətəndaşların marifləndirməsi və karantin qaydalarına əməl olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir.

 

Keçidlər