Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus infeksiyasının yayılmasının və yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

26 iyul 2020 | 11:00

25 iyul 2020-ci il tarixində  rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı  ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, maarifləndirmə və karantin qaydalarının pozulmasına qarşı tədbirlərin görülməsi  məqsədilə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı sakinlərlə marifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 42 ticarət və 55 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Operativ Qərargahın tələblərinə əməl olunmasını təmin etmək məqsədilə  bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər