Qəbələ rayonunda xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir.
26 iyul 2020-ci il tarixində mobil qruplar tərəfindən ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı rayonda fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının pozulmasına nəzarət məqsədilə reydlər davam etdirilmişdir. Reydlər zamanı vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr, o cümlədən tibbi maskadan istifadənin, sosial məsafə saxlanılmasının və Operativ Qərargah tərəfindən müəyyən edilən digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 39 ticarət, və 52 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.