Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən müşavirədə ölkəmizdə su təsərrüfatının vəziyyəti müzakirə edilmişdir.

28 iyul 2020 | 04:00

Bu gün Azərbaycan Respublikasında ölkə daxilində sabitliyi, əmin-amanlığı qorumaqla yanaşı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə çox böyük layihələr, o cümlədən infrastruktur layihələri həyata keçirilir. Buna misal olaraq ilk növbədə enerji sektorunu göstərmək olar. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, hətta bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yarandı. İndi respublikada  30-dan çox elektrik stansiyası enerji təhlükəsizliyini təmin edir. Digər sahə olan qazlaşdırma. Artıq ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Nəqliyyat infrastrukturu da böyük dərəcədə müasirləşmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Bütövlükdə nəqliyyat sahəsində infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri mühüm yer tutur. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatmışdır. O dövrdə Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi ki, bu gün bu rəqəm 63 faizdir. 23.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirədə qeyd etmişdir: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Su tutumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan, Şəmkirçay su anbarlarının yenidən qurulması bunun bariz nümunəsidir. Bundan başqa Göytəpə və Tovuzçay su anbarları da inşa edilmişdir. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Yeni su kanallarının çəkilməsi işləri bundan sonra da davam etdiriləcək. 22 kanalın yenidən qurulması nəzərdə tutulur ki, bu da 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatıdır”. Həmçinin Prezident qeyd etmişdir ki, Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Lakin  su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Keçən il yaşanan quraqlıq böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumların düzgün müəyyən edə bilmədiyini göstərdi. Problemin həlli üçün suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Hər il içməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün olan yeni texnologiyalardan istifadə etmək lazımdır. Sonda cənab Prezident aidiyyatı qurumlara tapşırıqlarını vermişdir. “Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun”.

Keçidlər