Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi ilə bağlı aparılan reydlər davam etdirilir.

28 iyul 2020 | 16:00

28 iyul 2020-ci il tarixində pandemiyayla bağlı  elan olunmuş karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət məqsədilə rayon ərazisində reydlər davam etdirilmişdir. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə aparmış, Operativ Qərargahın tələblərinə uyğun tədbirlər görmüşlər. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 45 ticarət obyektinə və 50 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronovirus pandemiyasına qarşı mübarizə tələblərinin yerinə yetirilməsinə nəzarət və əhalinin maarifləndirməsi davam etdirilir.

Keçidlər