Qəbələdə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir.
29 iyul 2020-ci il tarixində rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının yoxlanılması üçün reydlər davam etdirilmişdir. Mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha diqqətə çatdırılmışdır. Gün ərzində 38 ticarət obyektinə və 53 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə tədbirləri davam etdirilir.