Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələdə səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olub. Dövlətimizin başçısı ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Sonra Ölkə Prezidenti Qəbələdə inşa edilmiş modul tipli xəstəxana kompleksində yaradılmış şəraitlə, rayonun Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonrakı vəziyyəti və Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərindəki yeni körpünün tikintisi ilə tanış oldu. Daha sonra ölkə başçısı Vəndam qəsəbəsində doğulmuş şəhid general-mayor Polad Həşimovun qəhrəmanlığından danışdı və onun xatirəsinin əbədiləşdirilməsi barədə müvafiq tapşırıqlar verdi.