Rayonda koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir.
30 iyul 2020-ci il tarixində ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Qəbələ rayonunda reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və lazımi tədbirlər görülmüşdür. Reydlər zamanı maarifləndirici söhbətlər aparılmış, sanitar qaydalara əməl olunmasının, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 31 ticarət obyektinə və 57 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Rayonda maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.