Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin əsas dayağıdır.

31 iyul 2020 | 13:00

Bir zaman ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir. Doğrudan da, cəmiyyətin əsas tərkib hissəsi olan və milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən Silahlı Qövvələrin hərbi qüdrətinin artırılmasında hər bir ölkə vətəndaşı üzərinə düşən məsuliyyəti hiss etməlidir. Əgər ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyünün əsas qarantı hesab edilirsə, onda bu sahəyə böyük diqqət yönəldilməlidir. Müstəqillik uğrunda mübarizə tarixində xalqımız şərəfli yol keçib və ordu quruculuğunda mühüm nailiyyətlər qazanıb. Ötən əsrin sonlarında ölkəmiz öz müstəqilliyini qazandıqdan sonra qarşıda çox ciddi və taleyüklü məsələlərin həlli dayanırdı. Dövlət müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması, ölkənin ərazi bütövlüyünün qorunması kimi bir çox mühüm məsələlər gənc, müstəqil Azərbaycanı ciddi sınaqlar qarşısında qoymuşdu. Şübhəsiz, müstəqilliyin və sərhədlərin qorunması hər şeydən öncə güclü bir ordunun yaradılmasını tələb edirdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini vermişdir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var.  Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu. Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu oynayır. Bizim Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. 2016-cı ilin aprelində olduğu kimi, yenə Ermənistan hərbçiləri ön cəbhədən qaçırsa, qarşıları polislərin qurduğu xüsusi vasitələrlə alınırsa, bizim cavanların ön cəbhəyə axınının qar¬şısını polislərimiz kəsib, əlavə qüvvəyə ehtiyac olmadığına dair izahat işi aparmalı olur. Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu birləşməsi düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. Orumuzun düşmənə layiqli cavabları, düşmən ordusu üzərindəki üstünlüyü əhalimizdə böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, minlərlə könüllü bu gün səfərbərlik və hərbi çağırış idarələrinə üz tutur – bu müraciətlərin 40 faizi yalnız Tovuzda qeydə alınıb. Bu gün onların sayı 60 mini keçib. Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir. Müxtəlif yaşda, müxtəlif imkanda, müxtəlif dünyagörüşündə olan və¬təndaşlarımızın küt¬ləvi şəkildə “Qa¬rabağ”, “Səfərbərlik” çağırışları ilə, “Şəhidlər ölməz, Vətən bö¬lün¬məz!” şüarı ilə küçə və mey¬dan¬lara çıxması  ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi əvəzsiz hadi¬sədir. Vətənpərvər gəncliyimiz şüar sözünün özünü şüarçılıqdan çıxartdı. Bütün dünya, ilk növbədə, düşmən və düşmənin ha¬vadarları gördü ki, Azərbaycan xalqı quru şüarçılıqla məşğul deyil, zarafat eləmir. Azər¬bay¬canın ərazi bütövlüyü təxirəsalınası, gözardı ediləsi məsələ deyil və ola da bilməz. Hər kəs gördü ki xalq dərin hiddət içindədir, ərazi bütövlüyü mövzusunda güzəşt yeri yoxdur, ola da bilməz. Sülh olacaqsa, ədalətli sülh olmalıdır.Olmayacaqsa, müharibə variantı masanın üzərindədir və biz onu qaldırıb tozlu rəfə yaxud ayda-ildə bir açılan köhnə sandığa qoymamışıq. Bəli, hərbi təcavüz cəhdinin Qarabağdan uzaqdakı bir bölgədə baş ver¬məsi, işğalçının çirkin niyyətinin, təmas xətti boyunca yeni gərginlik yaratmaq planının xə¬bər¬çisidir. Daxildə böhran yaşayan “demokrat libaslı, işğalçı zehniyyətli” Paşinyan höku¬mətinin ön cəbhədəki bu hərəkətlənməsi, öz xalqının qəzəbindən yayınmağa ça¬lışmaq taktikasının ifa-dəsidir. Silahlı Qüv¬vələrimiz, səbəblərdən asılı olmayaraq, düşmənin ön ¬cəbhədə törətdiyi hər bir təcavüz aktına, təx¬ribata, pozuculuq hərəkətinə layiqincə cavab verərək, ona ağır zərbələr yetirir. Azərbaycan Respublikasının Prezidenti başda olmaqla dövlətimiz, xalqımız, torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarının xatirəsinə böyük ehtiramla yanaşır. Prezident İlham Əliyev iyulun 15-də, döyüş zamanı müdafiənin ön xəttində olarkən qəh¬rəmancasına şəhid olmuş general Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb. Ali Baş Komandan şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəkiblər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı, gözlənildiyi kimi, qardaş Türkiyə dövləti və xalqı verdi. Əlbəttə, başqa dost-Ukrayna və Pakistankimi müttəfiq ölkələrin, Türk Şurası, İslam Konfransı Təşkilatı təkmüxtəlif qurum və quru¬luşların, dünyanın dörd yanındakı soydaşlarımızın dəs¬təyi, verilən ciddi bəyanatlar ehtirama layiqdir. Birsözlə, Tovuzda, dövlət sərhəddində baş verənlər adi sərhəd toq¬quşması deyil, Ermə¬nistanın öz işğalçı siyasətini davam etdirmək cəhdidir. Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, iki üzlü, riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir” və Ermənistan bunun acısını çəkəcəkdir.

Keçidlər