Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

31 iyul 2020 | 16:00

31 iyul 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə, ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparmış və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 29 ticarət obyektinə və 56 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu istiqamətdə maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.

 

 

Keçidlər