Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"İbtidai təhsil-yeni baxışlar, təcrübələr və perspektivlər" mövzusunda konfrans öz işinə başlamışdır.

25 avqust 2013 | 09:20

Qəbələ şəhərində, “Qafqaz Resort hotel” in konfrans zalında "İbtidai təhsil-yeni baxışlar, təcrübələr və perspektivlər" mövzusunda konfrans öz işinə başlamışdır. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda respublikamızın müxtəlif məktəblərindən 25 ibtidai sinif müəllimi iştirak edir. Konfransda Azərbaycan müəllimləri ABŞ, Avstraliya, Türkiyə, Böyük Britaniya və Ukraynadan olan həmkarları ilə təcrübələrini bölüşür və inkişaf strategiyalarını müzakirə edirlər.
Konfransda Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Afət Süleymanova, Avropa Azərbaycan Məktəbinin direktoru Amalya Sezgin, Avstraliyanın beynəlxalq təhsil mütəxəssisi Darlin Fişerin, Ukraynalı mütəxəssis Yuliya Naydanın, Bakı şəhər 102 saylı tam orta məktəbin müəllimi Bədirnisə Quliyeva, 202 saylı tam orta məktəbin müəllimi Sevil Namazova, Xızı rayonu, Giləzi qəsəbəsi M. Müşfiq adına tam orta məktəbin müəllimi Svetlana Əliyeva, Avropa Azərbaycan Məktəbinin müəllimi Təranə Sadıqzadənin məruzəsi dinlənilmişdir. Konfransda “İbtidai sinif müəllimlərinin qarşısında duran vəzifələr: beynəlxalq müqayisələr”, “21 əsr üçün kompetent müəllim kimdir? 28 ölkədə tətbiq olunan Beynəxalq Addım-Addım Assosiasiyasiyanın müəllimlər üçün yaratdığı peşəkarlıq standartları”, “İbtidai sinif müəlliminin peşəkar keyfiyyətləri”mövzularında çıxışlar olmuş, müzakirələr aparılmışdır. Tədbirdə ibtidai təhsillə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsü yüksək qiymətləndirilmiş, ölkəmizdə bu mövzuda ilk dəfə təşkil edilən bu tədbirin əhəmiyyətinin yüksək olduğu vurğulanmışdır.
Avqustun 24-25-də isə “İnteraktiv nağıldanışma texnikası: Dialoji oxu üsulu oxucunu formalaşdırmağa necə kömək edə bilər”, “İbtidai sinif müəllimlərinin peşəkarlığının artırılması və təkmilləşdirilməsində mentorluq yanaşması”, Azərbaycan Respublikasında yeni dərslik siyasəti və yeni siyasətin formalaşması və həyata keçirilməsində orta məktəb müəlliminin rolu”, “İbtidai sinifdə bacarıqların formalaşdırmasına yeni baxışlar və müxtəlif strategiyalar”, “İbtidai sinif müəllimlərinin gündəlik təcrübəsində sosial bacarıq və kompetensiyaların formalaşdırılması”, “İbtidai təhsildə sosial bacarıqların formalaşması” mövzularında  məruzələr dinləniləcək.

Keçidlər