Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejimi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması vəziyyətini öyrənmək və maarifləndirmə aparmaq məqsədi ilə tədbirlər davam etdirilir.

03 avqust 2020 | 16:00

03 avqust 2020-ci il tarixində koronavirus pandemiyası ilə bağlı elan olunmuş karantin rejiminin tələblərinə riayət olunması ilə əlaqədar rayon ərazisində tədbirlər davam etdirilmişdir. Rayon Operativ Qərargahı tərəfindən yaradılmış mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək, eyni zamanda əhalinin maarifləndirilməsi üçün reydlər aparmışlar. Reydlər zamanı vətəndaşlara tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Respublika Operativ Qərargahının pandemiya ilə əlaqədar müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi hər tərəfli izah edilmişdir. Gün ərzində 33 ticarət obyektinə və 58 digər obyektə baxış keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər Oğuz rayon sakini, 2 nəfər ictimai iaşə, 2 nəfər ticarət obyektinin işçisi hər biri 100 manat, 1 nəfər isə ticarət obyektinin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşlar. Bununla yanaşı 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Rayon ərazisində reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Keçidlər