Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində reydlər davam etdirilir.

04 avqust 2020 | 16:00

04 avqust 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsi üçün lazımi tədbirlər görülmüşdür. Vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 29 ticarət və 55 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər ticarət obyektinin, 1 nəfər gözəllik salonunun, 1 nəfər  isə yanacaq doldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir.  Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

 

Keçidlər