Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi məqsədi ilə reydlər davam etdirilir

07 avqust 2020 | 07:00

06 avqust 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində  yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilmişdir. Xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilmişdir. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 36 ticarət obyektinə və 55 digər obyektə baxış keçirilmişdir. 6 nəfər ticarət  obyektinin  və 1 nəfər bərbərxana köşkünün işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri davam etdirilir.

 

 

Keçidlər