Qəbələdə mobil qruplar tərəfindən reydlər davam etdirilir
07 avqust 2020-ci il tarixində mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə bağlı rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, sakinlərin maarifləndirməsi və karantin qaydalarının pozulmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr, o cümlədən tibbi maskadan istifadənin, sosial məsafə saxlanılmasının və Operativ Qərargah tərəfindən müəyyən edilən digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Gün ərzində 37 ticarət, və 56 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. 4 nəfər ticarət obyektinin, 5 nəfər iaşə obyektinin, 1 nəfər internet klubun, 1 nəfər avtotəmir emalatxanasının və 1 nəfər bərbərxana köşkünün işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, 1 nəfər çayxana işçisi isə 200 manat məbləğində cərimə olunmuşlar. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.