Qəbələdə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
08 avqust 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilmişdir. Onlar ticarət, ictimai-iaşə və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmışlar. Reydlər zamanı xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin zəruriliyi, sosial məsafənin qorunması və gigiyenik qaydalara düzgün riayət olunması bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 39 ticarət obyektinə və 56 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 1 nəfər Baki şəhər sakini 200 manat, 3 nəfər ticarət obyektinin və 1 nəfər kompyuter salonunun işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq rayon ərazisində reydlər mütəmadi davam etdirilir.