Qəbələ rayonu ərazisində koronavirusa qarşı reydlər və dezinfeksiya tədbirləri davam etdirilir.
09 avqust 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilmişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə, ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş, maarifləndirmə işi aparmış və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 41 ticarət obyektinə və 56 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Eyni zamanda Qəbələ şəhərinin Heydər Əliyev prostpektində və Həzi Aslanov küçəsində koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılmışdır və tədbirlər davam etdirilir.