Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev növbəti onlayn-müşavirə keçirmişdir.
12 avqust 2020 | 01:00
10 avqust 2020-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev koronavirus infeksiyası (COVİD-19)-la mübarizə tədbirlərinə həsr olunmuş video-konfrans formatında müşavirə keçirmişdir. Müşavirədə Qəbələ rayon polis şöbəsinin rəisi Nadir Məmmədov, rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, qəsəbə və kənd inzibati ərazi nümayəndələri iştirak etmişlər. Onlayn-müşavirədə koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.