Rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar reydlər və dezinfeksiya tədbirləri davam etdirilir.
11 avqust 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilmişdir. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 45 ticarət və 52 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 6 nəfər Baki şəhər sakini və 1 nəfər Sumqayıt şəhər sakini hər biri 200 manat, 5 nəfər ictimai iaşə və 1 nəfər yanacaq doldurma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Eyni zamanda rayon ərazisində 5 çoxmənzilli yaşayış binalarında, həmin binaların girişlərində və həyətlərində, 3 gündəlik tələbat malları mağazalarının giriş-çıxışlarında və ətraflarında sanitar-təmizlik, tibbi-profilaktik dezinfeksiyaedici işlər aparılmış və tədbirlər davam etdirilir.