Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı reydlər davam etdirilir.

13 avqust 2020 | 10:00

12 avqust 2020-ci il tarixində Qəbələdə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən reydlər davam etdirilmişdir. Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmışdır. Sosial məsafənin qorunması və qapalı məkanlarda, xüsusən ticarət və ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Gün ərzində 51 ticarət obyektinə və 56 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Baki şəhər sakini və 1 nəfər Sumqayıt şəhər sakini hər biri 200 manat, 1 nəfər ictimai iaşə işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində maarifləndirmə tədbirləri və reydlər ardıcıl olaraq davam etdirilir.

Keçidlər