Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində xüsusi karantin rejimi ilə bağlı aparılan reydlər davam etdirilir.

15 avqust 2020 | 10:00

14 avqust 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunması üçün reydlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və lazımi tədbirlər görmək üçün reydlər aparılmışdır. Həmçinin vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 42 ticarət obyektinə və 51 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər mikroavtobus sürücüsü və 2 nəfər  ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar.  Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər davam etdirilir.

Keçidlər