Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə mobil qruplar tərəfindən reydlər davam etdirilir.

16 avqust 2020 | 16:00

16 avqust 2020-ci il tarixində  rayonda fəaliyyət göstərən mobil qruplar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 44 ticarət obyektinə və 52 digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mobil qruplar tərəfindən reydlər və maarifləndirmə tədbirləri ardıcıl olaraq davam etdirilir.

Keçidlər