Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilir.

17 avqust 2020 | 16:00

17 avqust 2020-ci il tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirimişdir. Rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən sakinlərlə marifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur. Tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 49 ticarət və 56 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir.  Karantin qaydalarını pozduğu üçün 1 nəfər Baki şəhər sakini 200 manat, 1 nəfər ticarət və 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Rayon ərazisində pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdirilir.

Keçidlər